Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq 

Hazırda oxunan: Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq 

89271

“Ermənistan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin müəyyən edilməsi haqqında” hökumətin 12 may 2011-ci il tarixli qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən Ermənistan-Azərbaycan dövlət sərhədində 3 yeni buraxılış məntəqələri açılacaq.

Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, layihədə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də yer alıb:

"Sotk" (Zod), Qeqarkunik rayonu (Kəlbəcər rayonu)

"Yerasx" (Arazdəyən), Ararat rayonu (Sədərək rayonu)

"Qaraxunc" ("Eyvazlı"), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd edilir ki, layihənin qəbul olunması baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlıdır.

Ermənistanın baş naziri bəyan edib ki, rəsmi İrəvan bu gün də Naxçıvanla Azərbaycan arasında gediş-gəlişi təmin etməyə hazırdır.

Söhbət faktiki sərhəddən gedir, çünki Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya ilə bağlı razılığa gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin