ABŞ rəsmisi ilə ANAMA-da müzakirə aparılıb

Hazırda oxunan: ABŞ rəsmisi ilə ANAMA-da müzakirə aparılıb

89223

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib.

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin yaradılma tarixçəsi, ümumi fəaliyyəti, ikinci Vətən müharibəsindən sonra qarşıya qoyulmuş yeni hədəfləri, eləcə də hökumət tərəfindən müəyyən olunan prioritetlərə əsasən Qarabağda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə səfirə məlumat verilib.

Hüqo Qvera işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Görüş zamanı Amerika Birləşmiş Ştatları tərəfindən ANAMA-ya partlayıcı qurğuların təhlükəsi ilə mübarizədə mümkün töhfə verilməsi və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin