İsrailin Azərbaycandakı səfiri Corc Dik şənbə günü məşhur yazıçı Salman Rüşdinin bıçaqlanmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter-də video paylaşıb.
Səfir fikirlərinə “Elə edin ki, İran rejimi sizi qorxutmasın” sözləri ilə başlayıb.
“Bu qatil rejimin təhdidlərini ciddi qəbul edin. Sizi qorxutmasına imkan verməyin, fikrinizi yayındırmayın”, – Dik qeyd edib.
“Yazıçı Salman Ruşdinin çıxışından əvvəl bıçaqlandığını eşidəndə fikirlərimi təsəvvür edə bilərsiniz... İran da onu ölümlə hədələyib.
İranın Ayətullası 1989-cu ildə Rüşdinin küfr hesab edilən və müsəlman dünyasında bir çoxlarının qəzəbinə səbəb olan “Şeytan ayələri” kitabı nəşr edilikdən sonra ona qarşı fətva verib”- deyə o yekunlaşdırıb.
Bizim.Media
Iran threatened me with death as well. My thoughts on how to respond to Salman Rushdie's stabbing. pic.twitter.com/SGcMBXgKr2
— George Deek (@GeorgeDeek) August 16, 2022