“İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Müslümün bəstələdiyi son “Əlvida Bakı” mahnısı çox kədərlidir” – Azərbaycan Prezidenti
Prezident qeyd edib ki, Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün:
“Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaq”.
Bizim.Media