İlham Əliyev: “Müslüm və Tamara bizim evimizin çox əziz qonaqları idi”

Hazırda oxunan: İlham Əliyev: “Müslüm və Tamara bizim evimizin çox əziz qonaqları idi”

89029

“Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və birinci xanım Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında - VİDEO


​​​​​​​Onun sözlərinə görə, Sovet estradasında Müslüm Maqomayevin tayı-bərabəri olmayıb:

“Bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi.

Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin