“Laçına təcili qoşunlarımız yeridilməlidir” – Ekspertlər sülhməramlıların YARITMAZ olduğunu deyir

Hazırda oxunan: “Laçına təcili qoşunlarımız yeridilməlidir” – Ekspertlər sülhməramlıların YARITMAZ olduğunu deyir

89028

Laçın yenidən alova qərq olub. Ərazidən çıxmalı olan ermənilər evləri, meşələri yandırır, infrastruktura ziyan vurur, hətta ərazini minalayırlar.

Özü də bu minalar piyadalar əleyhinə olduğundan, hədəfin geri qayıdacaq mülki Azərbaycan əhalisi olacağı birmənalıdır.

Yaranmış vəziyyət Azərbaycan tərəfinin təcili müəyyən qabaqlayıcı addımlar atmasını zərurətə çevirir.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov düşünür ki, yaxın 8 gün ərzində ermənilərin belə təxribatlarının qarşısını almaq mümkün olmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Laçını tərk edir, amma... – Yenə də eyni SSENARİ


“Çünki əraziyə nəzarəti Rusiya sülhməramlıları həyata keçirir. Bununla belə həmin təxribatların baş verməsi bir daha Azərbaycan tərəfinə dünya ictimaiyyəti və vasitəçilərə ermənilərin onlara verilən imkandan sui-istifadə etdiklərini və yaşadıqları ərazilərə istismar münasibəti sərgilədiklərini nümayiş etdirməyimizə imkan verir.

Evləri yandırıb çıxan ermənilər qayıdacaqlarını deyir. Qayıdacaqlarsa deməli, kül olmuş evlərə, yandırılmış meşələrə qayıdacaqlar. Bu onu göstərir ki, ermənilər bura müvəqqəti gətirildiklərini bilir. Ona görə də gedəndə onları məhv edirlər”.

Hərbi ekspert Ədalət Verdiyev isə bu qənaətdədir ki, bəyanat və xəbərdarlıqla bu alınmadığından ərazidə baş verənlər Azərbaycan Ordusunun müdaxilə etməsini zəruri edir:

“Bəyanatla, xəbərdarlıqlarla bunun qarşısını almaq olmur. Ona görə də gərəkirsə, əraziyə qoşunlarımızı yeritməli və ermənilərin oradan çıxışını özümüz təmin etməliyik.

Əks təqdirdə yenə də minlərlə basdırılan mina təhlükəsilə üz-üzə qalacağıq, meşə və evlərin məhvini müşahidə edəcəyik.

Azərbaycan Ordusunun bu fonda müdaxilə etməsi prosesin gələcək inkişafının qarşısını almaq yolunda ən effektiv vasitədir. Ərazidə baş verənlər bunun zəruri olduğunu göstərir. Bəyanat və xəbərdarlıqla bu alınmır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin