Erməni prokuror rusiyalı həmkarına niyə yalvardı? – Detallar açıqlandı

Hazırda oxunan: Erməni prokuror rusiyalı həmkarına niyə yalvardı? – Detallar açıqlandı

8902

Ermənistanın baş prokuroru Artur Davtyan Rusiya baş prokuroru İqor Krasnova müraciət edib. O, həmkarına minnətçi düşərək, ermənisayağı ağız açıb. 

Söhbət Azərbaycan tərəfindən barələrində cinayət işi başlanılan və beynəlxalq axtarışa verilən keçmiş və indiki erməni məmurlarının həbsli axtarışından gedir.

Davtyan Rusiyadan xahiş edib ki, Azərbaycana təzyiq göstərib, barələrində cinayət işi başlanılan erməni rəsmilərinin tutulmasının qarşısını alsın.

Bu isə qanunlara tamamilə ziddir, çünki Azərbaycan ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqaviləyə əsasən, Azərbaycan tərəfinin müraciəti əsasında axtarışda olan şəxslər tutularaq ölkəmizə təhvil verilməlidir. 

Siyahıda Xocalı faciəsində əlləri yüzlərlə insanın qanına batan Robert Köçəryan və Serj Sarkisyanın da adları var. Onlar tutularaq Azərbaycanda məhkəmə qarşısına çıxarılmalıdır. 

Mövzunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, erməni prokurorunun rusiyalı həmkarına bu cür müraciəti beynəlxalq hüquq qaydalarının birbaşa pozulmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Məmmədov: "Moskvada 4 saat ərzində ictimaiyyətə açıqlanmayan məsələlər müzakirə edilib"


Onun sözlərinə görə, əgər Rusiya tərəfi bu absurd müraciətə müsbət rəy versə, onda özü birbaşa hərbi cinayətkarlarla əlbir olacaq.

“Azərbaycan tərəfindən axtarışa verilən şəxslər aşkar şəkildə terrorçuluqda, ölkəmizin ərazi bütövlüyünə qarşı qəsbkarlıqda, eyni zamanda mülki əhaliyə, günahsız insanlara qarşı cinayət işləməsində günahlandırılırlar. Həmin şəxslərin bir qismi Azərbaycan millətinə qarşı soyqırım həyata keçiriblər. Ermənistan bir neçə il bundan əvvəl İspaniyanın Kataloniya bölgəsindəki separatçıların fəaliyyətinə baxsa idi, onların beynəlxalq axtarışa veriləndən sonra bir-bir necə həbs edildiyini görərdilər”.

Ekspert Azərbaycan xalqı qarşısında günahkar olan hər bir erməninin məsuliyyətə cəlb olunacağını da bildirib:

''Azərbaycanın siyahısında həm Qarabağda separatçılıq ilə məşğul olan, həm də soyqırım həyata keçirən şəxslər var. Bu insanların bir qismi Ermənistanda hakimiyyətdə olublar. Təbii ki, onlar törətdikləri əməllərinə görə mühakimə olunmalıdırlar''.

''Umimiyyətlə, keçmiş və ya indiki hakimiyyətdə olan cinayətkar məmurlar bizim tərəfimizdən cəzalanacaqdır. Biz 44 günlük müharibədə Qarabağda 1992-94-cü illərdə xüsusi qəddarlığı ilə seçilən cinayətkarlara qarşı uğurlu əməliyyatlar həyata keçirdik və onları məhv etdik. Bundan sonra da bu kimi əməliyyatlar davam edəcək. Azərbaycan xalqı qarşısında günahkar olan hər bir erməni məsuliyyətə cəlb olunacaq''.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin