Ermənilər Laçını tərk edir, amma... – Yenə də eyni SSENARİ

Hazırda oxunan: Ermənilər Laçını tərk edir, amma... – Yenə də eyni SSENARİ

89008

Qərb və Rusiya ermənilərin 30 il əvvəl Azərbaycana torpaqlarına girəndə və tərk edəndə hansı vəhşiliklə törətdiklərini görür, özləri üçün qiymət verir, ancaq hələ də etiraf etmirlər. Bu torpaqlara yağı kimi soxulanda da yandırdılar, qətl etdilər, indi çıxanda da terrorçu mahiyyətləri ilə göz önündədirlər. 2021-ci ildə 100 minə yaxın mina basdırılmış ərazilər, tüstüsü başından çıxan evlər – budur erməni mahiyyəti, erməni sülsevərliyi, erməni perspektivi. Bunu dünya görür, susmasına isə çoxdan adət etmişik.

Çəmbər isə daralır. Ermənistan dövləti divara qısılır, erməni cəmiyyəti depressiyaya qapanır.

“Dəmir yumruq” əməliyyatından sonra dirçəlmək üzrə olan ermənilərin son ümidi “Qisas” əməliyyatında qırıldı. Artıq həm Ermənistandakılar, həm də onların xaricdəki havadarları anladılar ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - VİDEO


Özünün ərazi bütövlüyünü təmin etməklə parallel zaman-zaman Azərbaycandan qoparılan ərazilərin geri qaytarılması üçün davamlı mübarizə aparılacaq.

Bunun sübutunu hamı və hər kəs Laçının Zabux və Sus kəndlərinin geri qaytarılmasında rəsmi Bakının ortaya qoyduğu qətiyyətində gördü. Azərbaycan Prezidenti İlham Əliyev bir daha sübut etdi ki, bir qarış torpaq da olsun heç kimə güzəştə gedilmiyəcək. 

10 noyabr bəyannaməsindəki incə məqam

Əslində prezident İlham Əliyev Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ problemi ilə bağlı uzun illər davam edən danışıqlarında da bu hər zaman şərt kimi irəli sürürdü. Ona görə də müharibədə yox, döyüşdə müvəqqəti qalib gələn Ermənistan rəsmi Bakının haqlı və prinsipial danışıqları qarşısında cavabsız qalırdılar. Ona görə də danışıqları hər vasitə ilə pozurdular.

Nəhayət, Müzəffər Ordumuzun qüdrəti, Ali Baş Komandanın siyasi iradəsi və xalqımızın birliyi ilə 44 günlük müharibədə ermənilərin siyasi cığallığına son qoydu. Məhz 10 noyabr bəyannaməsində də Azərbaycan tərəfdən hər bir bəndin qabaqcadan hazırlandığı açıq-aydın göründü. Bu bəyanatda özünə yer tapan məsələlərdən biri də Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə paralel yeni dəhlizin tikilməsi və mövcud dəhliz üzərində olan yaşayış məntəqələrinin Azərbaycana qaytarılması idi.

Bəyanatın 6-cı bəndindəki bu öhdəlikləri Azərbaycan qısa zamanda icra etsə də Ermənistan bundan boyun qaçırdı. Yalnız “Qisas” əməliyyatından sonra Ermənistan Laçının Sus və Zabux kəndlərinin boşaldılmasına və öz ərazisindəki yeni dəhlizin 4 kilometrlik hissəsinin tikintisinə başladı.
Ermənistan Zabux və Susun boşaldılmasını niyə istəmirdi?

Zabux ərazi nümayəndəliyi 1992-ci ilə qədər özündə Zabux,Sus və Baharlı yaşayış məntəqələrini birləşdirirdi. Zəngin təbiəti ilə yanaşı Zabux həm də strateji əhəmiyyət daşıyırdı.

Laçın şəhəri Ermənistanla sərhəddə, Gorus şəhərini bir neçə kilometrliyində yerləşir. Ermənistandan Xankəndinə və Laçın şəhərini rayonun 10-dan artıq kəndi birləşdirən yeganə avtomobil yolu bu kənddən keçir.

Ona görə də ermənilər Zabux və Sus kəndlərini geri qaytarmaq istəmirdi. Üstəlik, Zabux və Sus kəndlərində son 30 ildə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu və Livandan, eləcə də Suriyadan gətirilmiş ermənilər yerləşdirilib.
Hətta işğal dövründə - 2003-cü ildə ABŞ dövlətinin pul yardımı hesabına kənddə bir erməni kilsəsi də tikdildi. Beləcə, ermənilər bir növ bu kəndi kürdləşdirmək istəyirdilər. Bununla da göstərmək istəyirdilər ki, ermənilər azərbaycanlılardan başqa digər xalqlarla dinc qonşuluq şəraitində yaşamaq bacarığına malikdirlər.

Lakin, zamanla hər şey aşikara çıxdı. Ermənilərin növbəti saxtakarlığını bütün dünya gördü, bildi. Təsadüfi deyil ki, bu kəndlərlə bağlı davam edən prosesə heç bir ölkə münasibət bildirmədi. Hətta Fransa belə...

Bu 2 kəndin geri alınması bizlər üçün çox böyük anlam daşıyır. Çünki, Vətən sərhəddən başlayır. O sərhəddən ki, oradan dogma Azərbaycana böyük qürurla baxırsan. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin