İlham Əliyevdən isveçli səfirə: “Avropa İttifaqı ilə əlaqələrimiz uğurla inkişaf edir”

Hazırda oxunan: İlham Əliyevdən isveçli səfirə: “Avropa İttifaqı ilə əlaqələrimiz uğurla inkişaf edir”

88876

“Daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvaram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edərkən səsləndirib.

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxunub və bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Onun sözlərinə görə, əməkdaşlıq son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə edir:

“Bu da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin