Audit AMEA-da yoxlamalara başladı - Böyük nöqsanlar var

Hazırda oxunan: Audit AMEA-da yoxlamalara başladı - Böyük nöqsanlar var

8882

"AMEA-da gənclərə ehtiyac var.

Bizim.Media-nın məlumatına görə, bu sözləri mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA evdən işləyir – QURULTAYDAN XƏBƏR YOXDU!


Alimin sözlərinə görə, institutlarda gənclərin faizlə sayı 10-20 faizdən çox deyil.

O, elmin təşkilində də boşluqların olduğunu diqqətə çatdırıb:

"Buna görə akademiyanın elmin normativ hüquqi bazası yenilənməsinə böyük ehtiyac var. İndi akademiyada islahatlar həyata keçirilir. Bunlar bir neçə istiqamətdədir".

A.Qəribov vurğulayıb ki, hazırda Audit şöbəsi tərəfindən akademiyanın qurumlarında təftişlər aparılır:

"Bəzi qurumlarda böyük nöqsanlar var. Korrupsiya məsələsi yoxdur, bunu biz qiymətləndirə bilmərik. Çatısmazlıq olan qurumların direktorları işdən azad olunur, hələ ki, bu, bir institut timsalındadır. Bu, o demək deyil pul mənimsənilib, sadəcə vəsait düzgün sərf olunmayıb".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin