Rusiya Ermənistan hökumətinə səsləndi — Gərgin siyasi bəyanatlar verməyin 

Hazırda oxunan: Rusiya Ermənistan hökumətinə səsləndi — Gərgin siyasi bəyanatlar verməyin 

8877

“Erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, biz artıq 44 günlük müharibə başlanana qədər bu cür bəyanatların şahidi olmuşuq:
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycan siyahını dərhal verdi, Ermənistan isə yox'' - Lavrov


“Biz Qarabağda və ya Qarabağ haqqında “Yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların şahidi olmuşuq.

Şahidi olmuşuq ki, sözlər material qüvvəyə çevrilir. Biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına diqqət yönəldirik.

Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi. Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin