Parlament partiyalarından yeni təşəbbüs – Sahibə Qafarova tapşırıq verdi

Hazırda oxunan: Parlament partiyalarından yeni təşəbbüs – Sahibə Qafarova tapşırıq verdi

88673

Xəbər verdiyimiz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.

Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:

1. Vətəndaş Həmrəyliyi Partiyası

2. Ana Vətən Partiyası 

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

4. Böyük Quruluş Partiyası 

5. Vəhdət Partiyası 

6. Azərbaycan Demokratik Maarifçilik Partiyası 

7. Demokratik İslahatlar Partiyası 

8. Vətəndaş Birliyi Partiyası 

9. Milli Cəbhə Partiyası 

10. REAL Partiyası 

11. Azərbaycan Demokrat Partiyası 

12. Böyük Azərbaycan Partiyası 

13. Azərbaycan Milli İstiqlal Partiyası 

14. Ədalət Partiyası 

15. Azərbaycan Liberal Demokrat Partiyası 

16. Milli Vəhdət Partiyası 

17. Aydınlar Partiyası 

18. Azərbaycan Naminə Alyans Partiyası 

19. Azərbaycan Sosial Demokrat Partiyası 

20. Azərbaycan Sosial Rifah Partiyası 

21. Cümhuriyyət Xalq Partiyası 

22. Müstəqil Xalq Partiyası 

23. Milli Həmrəylik Partiyası 

24. Azərbaycan Respublikaçılar Partiyası 

25. Azərbaycan Təkamül Partiyası 

26. Milli Demokrat İdrak Partiyası 

27. Gələcək Azərbaycan Partiyası 

28. Haqq Ədalət Partiyası 

29. Azərbaycan Yüksəliş Partiyası 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin