Hazırda əhalinin əksər hissəsi pensiyaya çıxarkən yığılmış kapitala görə pensiya alır. Amma bəzi şəxslərə bu qayda şamil edilmur. Məsələn nə vaxtsa bir çağırış deputat və yaxud yüksək dövlət qulluqçusu olmuş şəxslər qibtəediləcək dərəcədə yüksək pensiya alırlar.
Bizim.Media bununla bağlı müəyyən araşdırma aparıb. Aydın olub ki, Prezident Adminstrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev hazırda 4 min manatdan çox pensiya alır.
Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov, Baş nazirin sabiq müavini Əli Həsənov və keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da ayda DSMF-dən 4 min manat alır.
Baş nazirini sabiq müavini Abid Şərifov isə bir qədər az 3 min 500 manat pensiya alır. Abid müəllimin nisbətən az pensiya almasının səbəbi isə heç zaman deputat mandatı daşımamasıdır.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış iqtisadçı-ekspert Əkrəm Həsənov bunu qanunvericiliyimizdəki istisnalarla əlaqələndirib:
“Ömrü boyu müəllim işləyən, və yaxud həkim işləyən insana pensiya hesabklanarkən toplanmış kapital əsas götürülür. Amma bir dəfə deputat olan adama pensiya müəyyən edilərkən istisnalara yol verilir.
Beləki, nə zamansa deputat seçilmiş şəxs pensiyaya çıxanda hazırkı millət vəkillərinin aylıq maaşının 80 faizini alır.
Bu isə o deməkdir ki, mandat qazanmış sabiq deputatlar pensiya yaşı çatanda həmin zaman millət vəkillərinin aylıq maaşının 80 faizini alacaq. Bu da o deməkdir ki, deputatlar Pensiya Məcəlləsini Milli Məclisdə qəbul edərkən özləri üçün çox gözəl şərtlər müəyyən ediblər.
Qəribə burasıdır ki, deputatların maaşının 8 min manata qaldırılması sabiq deputatların da işinə yarayıb.
Beləki, onlar da hazırkı deputatların aldıqları əmək haqqının 80 faizini alacaqlar. Bu isə nə az, nə çox ayda 6 min 400 manat edir. Görünən odur ki, yuxarıda adını çəkdiyimiz Ramiz Mehdiyev və digər sabiqlər növbəti aydan 6 min 400 manat pensiya alacaqlar.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:30 / 15.08.2022
Yüksək pensiya alan SABİQLƏR – Onların aylığı nə qədərdir? - ADLAR
Hazırda oxunan: Yüksək pensiya alan SABİQLƏR – Onların aylığı nə qədərdir? - ADLAR
Hazırda oxunan: Yüksək pensiya alan SABİQLƏR – Onların aylığı nə qədərdir? - ADLAR
88617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.