Xəbər verdiyimiz kimi, İran Ermənistan ərazisində konsulluq yaratmaq təşəbbüsü ilə çıxış edib. Hətta İslam Respublikası Qərbi Zəngəzurun Qafan şəhərində yerləşməsi nəzərdə tutulan diplomatik nümayəndəlik üçün konsul da təyin edib.
Lakin Zəngəzur dəhlizinin keçəcəyi ərazidə açılması nəzərdə tutulan konsulluq Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabından bunları yazıb:
“Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".
Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn qeyd edib ki, formal-hüquqi baxımdan bir dövlət istənilən dövlətin ərazisində müvafiq razılıqla konsulluq yarada bilər:
“Lakin indiki situasiyada, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması prosesində İranın tutduğu mövqeyi də nəzərə alsaq, bu ölkəmizə qarşı olan aksiya kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu Azərbaycana dost hərəkət kimi qiymətləndirilə bilməz. Bu daha çox düşməncəsinə davranış təəssüratı yaradır. Çünki Ermənistan kiçik bir ölkədir və orada konsulluğun açılması geopolitik məqsədlər üçündür. Və şübhəsiz ki, bu, bizə qarşı yönəlib”.
Pənah Hüseyn buna cavab olaraq Şuşada Türkiyə konsulluğunun açılması məsələsinə də münasibət bildirib:
“Bu barədə söhbət gedir. Məncə, bu məsələnin də ləngidilməsi narahatlıq doğurur. Ola bilsin ki, bizim bilmədiyimiz məsələlər var. Lakin Şuşada Türkiyə konsulluğunun açılması buna cavab ola bilər. İstənilən halda İranın, şübhəsiz ki, bu cür məsələlərdə provokativ davranışı diqqətdən kənarda qalmamalıdır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:50 / 12.08.2022
Fazil Mustafanın təklifinə Pənah Hüseyndən MÜSBƏT RƏY – “Şuşada Türkiyə konsulluğu açılsın”
Hazırda oxunan: Fazil Mustafanın təklifinə Pənah Hüseyndən MÜSBƏT RƏY – “Şuşada Türkiyə konsulluğu açılsın”
Hazırda oxunan: Fazil Mustafanın təklifinə Pənah Hüseyndən MÜSBƏT RƏY – “Şuşada Türkiyə konsulluğu açılsın”
88244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.