"Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. Can Azərbaycan çox gözəl ev sahibliyi etmişdi. Biz də dedik ki, çox gözəl ev sahibliyi edək. Onun üçün çox hazırlandıq. Çərşənbə günü möhtəşəm açılış oldu. Birlikdə o həyəcanı yaşadıq, o xoşbəxt anları paylaşdıq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
“Azərbaycan və Türkiyə milliləri Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər. Yarışlar davam edir.
Hər iki ölkə də kifayət qədər uğurlu çıxış etməkdədir. Həm Azərbaycan, həm də Türkiyə milli komandalarına uğurlar arzulayıram. Bu yarışlardakı əsas məqsəd dostluq və qardaşlığın sıxlaşdırılmasıdır. Biz iki dövlət, tək millətik. Sizin burdakı xoşbəxtliyiniz bizim xoşbəxtliyinizdir. Qardaş Azərbaycana ürəkdən uğurlar arzulayıram” – deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:12 / 12.08.2022
"Can Azərbaycan İslamiadaya çox gözəl ev sahibliyi etmişdi" - Türkiyəli nazir
Hazırda oxunan: "Can Azərbaycan İslamiadaya çox gözəl ev sahibliyi etmişdi" - Türkiyəli nazir
Hazırda oxunan: "Can Azərbaycan İslamiadaya çox gözəl ev sahibliyi etmişdi" - Türkiyəli nazir
88208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.