Xəbər verdiyimiz kimi, İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib.
Bizim.Media "News.am"-a istinadən xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.
MÖVZU İLƏ BAĞLI:
İran Qafana konsul TƏYİN ETDİ
Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.
O, buna cavab olaraq təcili Şuşada Türkiyə konsulluğunu açmağı təklif edib:
"Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:00 / 11.08.2022
Millət vəkilindən TƏKLİF: "Şuşada təcili Türkiyə konsulluğunu açaq"
Hazırda oxunan: Millət vəkilindən TƏKLİF: "Şuşada təcili Türkiyə konsulluğunu açaq"
Hazırda oxunan: Millət vəkilindən TƏKLİF: "Şuşada təcili Türkiyə konsulluğunu açaq"
88164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.