Razi Nurullayev: “Özlərini şiə elan edənlərin atdığı addımlar İrandan qaynaqlanır” – VİDEO 

Hazırda oxunan: Razi Nurullayev: “Özlərini şiə elan edənlərin atdığı addımlar İrandan qaynaqlanır” – VİDEO 

87883

“İran nəyisə gizli etməyə çalışsa da, həmişə bulaşdırır və bilinir ki, külək haradan əsir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Press Klub Tv”nin qonağı olan millət vəkili Razi Nurullayev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir


İranın Azərbaycana qarşı siyasətini sərt tənqid edən deputat qeyd edib ki, 44 günlük müharibə dönəmində də cənub qonşumuz ordumuzun irəliləməsinə maneə törədib:

“İndi Qız qalası deyilən su anbarının yaxınlığında İran sərhədçiləri hərbçilərimizin qarşısını kəsmişdi. Ona görə də ordumuz bir gün gecikmişdi. Ermənilər həmin müddətdə öz silah-sursatlarını yerləşdirmək üçün fürsət əldə etdilər və nəticədə bizim həmin ərazidə xeyli şəhidimiz oldu. Bunun da birbaşa günahkarı İran oldu. Biz bunu unuda bilərikmi?”

Razi Nurullayev İranın Azırbaycanın acığına Ermənistanı müdafiə etdiyini də vurğulayıb:

“Xatırlayırsınızsa, Azərbaycanın acığına Ermənistan baş nazirinin ayağının altına qırmızı xalça sərmişdilər. Bu Azərbaycana göndərilən bir mesaj idi. Amma gəlin baxaq, Azərbaycan bu günə qədər İranın əlehinə hər hansı addım atıbmı? İran bu günə qədər Azərbaycana qarşı hər hansı sübut ortaya qoya bilməyib.

Bəs, əvəzində İran nə edir? Bu yaxınlarda “kərimə” deyilən qondarma bir dövlətin tərəfdarları ortaya çıxıb, polisə şər atdılar ki, Allahı təhqir ediblər. Daha sonra isə qadınları qabağa verdilər. Bu gün də özünü şiə elan edənlər hər hansı addım atırsa, bu, təbii ki, İrandan qaynaqlanır”.

Razi Nurullayevin fikirlərilə videodan tanış ola bilərsiniz:

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin