Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” - VİDEO

Hazırda oxunan: Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” - VİDEO

87754

“Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar Azərbaycan səfirliyinə hücumun araşdırılması ilə çox ciddi məşğuldurlar”. 

Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 

“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı. Onunla hərtərəfli, ciddi söhbətimiz olmuşdu. Birinci məsələ ondan ibarətdir ki, bizim Böyük Britaniyadan gözləntimiz ilk olaraq Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

“Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir” – XİN rəhbəri 


Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması, Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, - nazir vurğulayıb. 

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma tərəfindən hücum olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin