"Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu hamımız üçün böyük qürüverici hadisədir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır" - Azərbaycan lideri
"Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək", - Prezident vurğulayıb.
Bizim.Media