Bu gün Milli Şuranın sessiyasında parlament seçkiləri müzakirə olunub. Şəxsən Siz namizəd kimi seçkilərə qatılacaqsınızmı?
Moderator.az - ın əməkdaşı iki aya yaxındır sağlamlıq problemləriylə bağlı xaricdə ağır müalicə kursu keçən və hal -hazırda müalicəsini Naxçıvanda davam etdirən tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədovdan bu suala aşağıdakı qısa cavabı alıb:
"Milli Şuranın qərarlarına uyacağam. Normal seçkilər keçiriləcəyinə qətiyyən inanmıram. Ancaq ümumxalq mübarizəsi ilə nəyəsə nail olmaq mümkündür. Milli Şuranın ətrafında sıx birləşən xalqımız istəyinə nail ola bilər, bu, xəyal deyil, reallıqdır."































































































