“Laçın və Zabuxla bağlı bu günləri xatırlayın. Tezliklə Naxçıvanın Kərki, daha sonra Qazaxın 7 kəndində də eyni vəziyyət olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Ana Vətən” partiyasının Ali Şurasının üzvü, siyasətçi Arsen Babayan öz Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Bakının ermənilərə ultimatum mətni AÇIQLANDI: “Getmək vaxtıdır”
“Artıq iki ildir ki, dayanmadan bu haqda danışırıq. Ancaq deyirlər ki, biz siyasətdə məşğul olmuruq”, deyə o, qeyd edib.
Xatırladaq ki, Qarabağdakı qondarma rejimin ərazi idarəetmə və infrastruktur “naziri” Ayk Xanumyan bildirib ki, Laçın və Zabux sakinləri avqustun 25-dək evlərini tərk etməlidirlər.
Bizim.Media