Almaniyalı parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərinin Federal Hökumətə heç bir aidiyyəti yoxdur. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi mlumat verib.
“Federal Parlamentin iki üzvü və müxalifət partiyası AFD-nin Brandenburq əyalət parlamentindəki iki təmsilçisinin Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumatımız var. Parlament üzvləri qərar verməkdə sərbəst və müstəqildir. Bu səfərin Almaniya Federal Hökumətinə heç bir aidiyyəti yoxdur”.
Mənbə: APA