Üçtərəfli bəyanatın iqtisadi tərəfi: "Naxçıvan blokadadan çıxacaq" - Millət vəkili

Hazırda oxunan: Üçtərəfli bəyanatın iqtisadi tərəfi: "Naxçıvan blokadadan çıxacaq" - Millət vəkili

8717

"Üçtərəfli görüşdə imzalanmış bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı".

Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili Səbinə Xasayeva bildirdi. Deputatın fikrincə, qısa zaman kəsiyində fəaliyyət istiqamətləri üzrə yaradılacaq ekspert alt qrupları dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təşkil olunacaq .

Onlar bir ay ərzində layihələr hazırlayacaq və icra üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər:

“Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Kommunikasiya xətlərinin açılması ilə Naxçıvan uzunmüddətli blokdan çıxacaq və  iqtisadi xərclərimiz xeyli azalacaqdır".

"Eyni zamanda, Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yolların çəkilməsi də nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycanın iqtisadi imkanlarının artmasına gətirib çıxaracaq".

Səbinə Xasayeva vurğuladı ki, yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yolun inşası Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq:

"Prezident İlham Əliyev açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu",- deyə millət vəkili fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin