Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi. Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hadrut Ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətimizə son qoydu.
Xatırladaq ki, Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini təqdim edirik. Yaşasın Azərbaycan Ordusu və Azərbaycan əsgəri!