Azərbaycan səfirliyinə hücumla bağlı Londonda yaşayan jurnalistdən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan səfirliyinə hücumla bağlı Londonda yaşayan jurnalistdən AÇIQLAMA

87093

Dünən Britaniyadakı səfirliyimizə edilən hücum bizi kədərləndirməkdən əlavə, biraz da düşünməyə vadar etdi. Haqq və hüquqların təmin olunduğu sivil bir ölkədə Azərbaycan təmsilçiliyinə qarşı törədilən vandalizm aktı bizə sanki islam şəriəti əsasında idarə olunan ölkələrdən birini xatırlatdı. Halbuki indiyə qədər heç bir İslam ölkəsində yerləşən Azərbaycan səfirliyinə qarşı bu cür hörmətsizlik olunmayıb. 

Bütün bunlar bizə əsas verir ki, Azərbaycan səfirliyinə 4 avqust hücumu ilə bağlı əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin xidmətçiləri” təşkilatının hansısa siyasi sifarişi həyata keçirdiyini düşünək. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Britaniyada yaşayan jurnalist İsmail Karakas bildirib ki, bu məsələdə erməni barmağı olduğu düçüncəsindəyəm.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Jurnalistin fikrincə, 44 günlük müharibədəki məğlubiyyətlə barışmayan ermənilərdən bu cür hərəkətləri hər an gözləmək lazımdır: 

“Məğlub olmağı qəbul etmək özü də bir cəsarətdir. Qorxaq insanlarda isə heç vaxt cəsarət olmur. Sivil ölkələrin nümayəndələri qisası yalnız döyüş meydanında alırlar. Məsələn, Birinci Qarabağ müharibəsində Azərbaycan müvəqqəti olaraq məğlub olduğu zaman atəşkəs imzaladı. Dünyanın heç bir ölkəsində azərbaycanlılar erməni əslilli vətəndaşlara, o cümlədən Ermənistan səfirliklərinə qarşı hücumlar etmədilər.

Amma İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücü ilə yanaşı, bir növ erməni xislətini də, dünyaya göstərdi.

Yadınızdadırsa, 44 günlük müharibə ərəfəsində Belçikada ermənilər tərəfindən azərbaycanlılar döyülərək üzləri tanınmaz hala salındı. Xatırlayırsınızsa, belə hallar təbii ki, təkcə Belçikada olmamışdı, ABŞ-da da baş vermişdi. Döyüşdə təslim olub, kənarda sivil insanlara hücum etmək qorxaqlıq əlamətidir.
 

Özünü qatı islam qruplaşması kimi təqdim edən “Mehdinin xidmətçilərinin” Azərbaycanın Britaniyadakı səfirliyinə olan hücumlarına gəlincə isə düşünürəm ki, onlar ermənilərin sifarişi ilə vandalizmi həyata keçiriblər.


Bu mənada diqqətinizi Azərbaycan bayrağının aşağı atılması anına çəkmək istərdim. Əgər hər hansı dini ayindən dolayı onlar ora çıxsaydılar, bayrağı aşağı atmazdılar. Sadəcə, öz şüarlarını səsləndirib düşərdilər. Amma eyvana qalxan kimi xüsusi olaraq bayrağı aşağı atmaları, onlara sifarişçin də məhz bu olduğunu ortaya çıxarır”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin