“Birgə Monitorinq Mərkəzi texniki funksiyanı yerinə yetirdiyindən baş vermiş insidentlərlə bağlı adətən siyasi bəyanat səsləndirmir”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Qarabağda dünən baş verənlərə Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin münasibət bildirməməsinə aydınlıq gətirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyəti ÜZƏ ÇIXIR – Nə baş verir?
Baş verənlər bir başa Azərbaycan ərazisində olduğundan bu barədə Monitorinq Mərkəzinin məsələyə müdaxiləsi təbii ki, bir başa onun vəzifsəinə aiddir.
Deputatın fikrincə, ola bilsin tərəflərin ümumi razılaşmasına əsasən Birgə Monitoriq Mərkəzi bu sayaq olaylarla bağlı açıq bəyanat vermək məsuliyyətində deyil:
“Monitorinq Mərkəzi də güman ki, bunları müşahidə edib, tərəflərə çatdırıb. Burada daha çox texniki fəaliyyətdən söhbət gedir. Amma əminəm ki, onlar da tərəflərə ilkin atəşin açılması, Azərbaycan əsgərinin şəhid olması ilə bağlı bütün informasiyaları veriblər.
Ola bilsin ümumi razılaşmağa əsasən tərəflərə oradakı vəziyyətlə bağlı dəqiq informasiyaları çatdırırlar. Amma bu barədə siyasi bəyanat səsləndirmirlər”.
Rüfət Sultan, Bizim.Media