Azərbaycanın seçimi qalmır – Ermənistanın sülhə məcbur edilməsi prosesi davam edir

Hazırda oxunan: Azərbaycanın seçimi qalmır – Ermənistanın sülhə məcbur edilməsi prosesi davam edir

86845

Artıq bir neçə gündür ki, Qarabağda müxtəlif istiqamətlərdə fərqli intensivliklə hərbi əməliyyatlar həyata keçirilir. Döyüşlər Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılmasını şərtləndirən bir çox məsələlər üzrə razılığa gəlməməsinin nəticəsidir. 

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə (CQTM) istinadən xəbər verir ki, il yarımdan çoxdur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası, silahlı birləşmələrin qalıqlarının Qarabağdan çıxarılması və sülh müqaviləsi üzrə Ermənistan tərəfindən bir dənə də olsun müsbət qərar yoxdur.

Ermənistan, Paşinyanın bəyan etdiyi “sülh dövrünə” çatmaq üçün heç nə etmədi: heç bir istiqamət üzrə bir dənə də olsun addım atılmadı.

MÖVZU İLƏ BAĞLI:

MÜDAFİƏ NAZİRLİYİ: Ordumuz “Qisas” əməliyyatı keçirdi - VİDEO


Rusiya, Aİ, ABŞ timsalında beynəlxalq vasitəçilərin cəhdləri də nəticə vermir. Vasitəçilərin maraqları və tərəflərə balanslı yanaşması ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə səbəb olub. Müharibədən sonra da həmin səhv yanaşma davam etdirildi. 

Öz növbəsində Ermənistan vasitəçilərdən güzəştlərə getmək və Bakının ədalətli tələb və təkliflərini qəbul etmək haqqında heç bir siqnal almadı. Əksinə, Ermənistana heç bir şərt qoymadan Rusiya onun ordusunu silahlandırmaq, Aİ 1,6 mlrd. avro yardım ayırmaq, ABŞ isə islahatların həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək kimi vədlər verir. Belə vasitəçilik prosesin Ermənistan tərəfindən uzadılmasına şərait yaradır.

Beləliklə, Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarından aydın oldu ki, vacib məsələlər üzrə Ermənistan rəhbərliyi lazımi qərarlar qəbul etməyəcək.

Yeni Laçın dəhlizinin Ermənistan ilə razılaşdırılmaması haqqında bugünkü bəyanat təxribat xarakter daşıyıb, Ermənistanın barışmaz mövqeyini nümayiş etdirir. Ermənistan öz ərazisində avtomobil yolunun cəmi 6-8 km-ni tikməli idi. Yolun qalan hissəsi isə Ermənistana heç bir aidiyyəti olmayan Azərbaycan ərazisi boyunca artıq tikilib.

İl yarımdan çox müddətdir ki, Ermənistandan konstruktivlik yalnız güc tətbiq etmə və qarşılıqlı tələblər irəli sürülməklə əldə edilir. Azərbaycanın ədalətli tələbləri qarşısında konstruktivlik nümayiş etdirməyən Ermənistan rəhbərliyi güc tətbiqi üçün şərait yaratdı.

Güc tətbiq etmənin bu dəfəki hədəfi - Qarabağın demilitarizasiyası, yəni üçtərəfli bəyanatın dördüncü bəndinin təmin edilməsidir.

Azərbaycanın fəaliyyəti bu səbəbdən tam legitimdir ki, biz Ermənistanı öz ərazimizdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edirik. Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı olduğundan Azərbaycan bu bəyanatdan imtina etmək fikrində deyil.

Əksinə, rəsmi Bakı Ermənistanı ardıcıl olaraq Üçtərəfli bəyanatın Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı bəndlərini icra etməyə məcbur etməyə davam edəcəkdir.

Bütün əsas vasitəçilər (Rusiya, Aİ, ABŞ) danışıqlar prosesindən məlumatlıdırlar. Son günlərin dinamikası (ABŞ Dövlət katibinin, Rusiya prezidenti və xarici işlər nazirinin zəngləri) vasitəçilərin mövcud vəziyyət haqqında məumatlı olmasından xəbər verir. Ermənistandan hal-hazırda qəti qərar qəbuletmə tələb olunur.

Əks halda vəziyyət dəyişəcək və Azərbaycanın mövqeyi daha da sərtləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin