Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyasından olan deputatı, "Yerkrarap" könüllülər birliyinin sədri Sasun Mikaelyan Qarabağda gedən döyüşlərdə yaralanıb.
Bizim.Media erməni KİV-nə istinadən məlumat verir ki, bu barədə onun fraksiyadan olan həmkarı Artak Manukyan məlumat yayıb. O, bildirib ki, deputat qəlpə yaraları alıb. Qeyd edək ki, Mikaelyan Qarabağdakı ilk müharibədə də iştirak edib.