Şoyqu Zakir Həsənova niyə zəng etmişdi? – Danışığın DETALLARI

Hazırda oxunan: Şoyqu Zakir Həsənova niyə zəng etmişdi? – Danışığın DETALLARI

86758

“Bu barədə rəsmi məlumat verilməsə də, böyük ehtimalla bu telefon zəngi Rusiya sülhməramlılarının müvəqqəi nəzarətindəki ərazilərdə erməni silahlılarının törətdiyi son təxribatlarla bağlı olub”.    

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalər Verdiyev Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova açdığı telefon zənginin məqsədindən danışarkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov Şoyqu ilə son vəziyyəti MÜZAKİRƏ ETDİ


“Azərbaycan tərəfi erməni silahlılarının ərazidən çıxarılmasını qəti şəkildə israr edir. Prezident İlham Əliyev bildirmişdi ki, Rusiya Müdafiə Nazirliyinin generalı Bakıda səfərdə olarkən həmin silahlıların ərazidən çıxarılmasının iyunun sonuna qədər başa çatacağına söz verib. Amma üstündən bir aydan çox vaxt keçsə də, həmin ssilahlılar ərazidən çıxarılmayıb. Əksinə, həmin silahlılar səngər qazır, Azərbaycan əsgərinə atəş açır, Laçın ərazisindən azərbaycanlılara məxsus evlərin dam örtüklərini sülhməramlılara aid maşınlarla söküb daşıyırlar. Həmçinin, Xocalı rayonu ərazisində səngərlər qazılır. Belə olan halda, təbii ki, Azərbaycan kontr tədbirlər həyata keçirmək məcburiyyətində qalır. Bu isə Rusiya Müdafiə Nazirliyini görünür narahat edib, ona görə də zəng edir”. 

Ekspert bildirir ki, bu zənglə Moskva Azərbaycanı növbəti dəfə təmkinli olmağa, gözləməyə dəvət edir:

“Ancaq düşünmürəm ki, bu artıq nəticə versin. Laçın dəhlizi işləyirsə, niyə Zəngəzur dəhlizi hələ də qapalı qalmalıdır? Belə olah halda Azərbaycan da öz əsgərini otuzdurmaqla Laçın dəhlizini qapatsın. Sülhməramlılar işləsin, digərlərinə giriş-çıxış isə qadağan olsun. Ermənistanı diplomatik dillə birgə bəyanatın şərtlərini icra etməyə vadar edə bilmirik. Gücün dili isə Ermənistana daha sürətli bir şəkildə çatır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin