“Armen Qriqoryanın bəyanatı erməniləri test etmək üçündür” - Fikrət Sadıqov

Hazırda oxunan: “Armen Qriqoryanın bəyanatı erməniləri test etmək üçündür” - Fikrət Sadıqov

86248

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün bir sıra maraqlı açıqlamalar verib. O, Ermənistanın Qarabağın statusu ilə bağlı yekun qərar qəbul edilmədən Azərbaycanla sülh müqaviləsi bağlamasını istisna etməyib. Həmçinin, bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır:

“Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb”.

Təbii ki, Armen Qriqoryanın bu fikirləri Ermənistanda birmənalı qarşılanmayıb. Bununla belə bu fikirlərə qarşı qəti şəkildə çıxan olmayıb.

Bu isə onu göstərir ki, erməni siyasiləri və onların xaricdəki himayədarları reallıqla barışmaq zorunda qalıb. Çünki, hazırda Qərbin Ermənistana çox böyük basqısı var. Hətta “böyük qardaş” Fransa da rəsmi İrəvanı Azərbaycanla sülh sazişini ən qısa zamanda imzalamağa çağırır. Bundan əlavə sülh sazişinin uzanması Ermənistanı siyasi və iqtisadi cəhətdən geri dönüşü olmayan bir labirintə soxur. Bu acı reallıqları dərk edən rəsmi İrəvan bu cür bəyanatlar verməklə xarici təzyiqləri bir qədər zəiflətmək istəyir. Təsadüfi deyil ki, Qriqoryan dünən sərhədlərin delimitasiyasından və demarkasiyasından da danışıb. Bildirib ki, “avqustun ikinci yarısında bu proses yenidən bərpa olunacaq”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıqov erməni rəsmilərinin bü cür bəyanatlarının son vaxtlar tez-tez eşidildiyi bildirdi: 

“Bunun da iki səbəbi var. Birincisi odur ki, Ermənistan bu tip bəyanatlarla təzyiqlərdən qaçmaq istəyir. Bir az da vaxt udmağa çalışır. İkincisi, Ermənistan öz cəmiyyətinə başa salmaq istəyir ki,artıq dövran dəyişib. Azərbaycanla kompramisə getmək lazımdır. Çünki, Ermanıstanın gələcək mövcudluğu Azərbaycanla Türkiyə ilə normal münasibətdən keçir. Lakin, xaricdəki diasporanın, həm də ki, erməni revaşistlər Paşinyan iqtidarına qarşı güclü təzyiqi var”.

Politoloq onu da əlavə etdi ki, Qriqoryanın bu bəyanatı daha çox daxili auditoriya üçündür:

“Rəsmi İrəvan bu cür bəyanatlarla erməni ictimaiyyətini bir növ test edir. Çünki, onlar çox yaxşı başa düşürlər ki, rəsmi Bakı Ermənistanın oyunbazlığına dözmək fikrində deyil. Azərbaycan istənilən an ikinci “dəmir yumruq” əməliyyatına başlaya bilər. Ona görə də bu tip bəyanatlar yuxarıda dediyimiz ikili məqsədlər üçün səslənir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin