Polşanın “new.org.pl” portalında “Dağlıq Qarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Şəhla Kazımovanın müəllifi olduğu məqalədə Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarını icra etməməsi, Dağlıq Qarabağda status-kvonun saxlanılmasına cəhdlər göstərməsi öz tarixi torpaqlarına həsrət qalmış Azərbaycan xalqının sülhə inamını azaltmışdı.
Diqqətə çatdırılıb ki, münaqişəyə dini don geyindirilməsi əsassızdır, Ermənistan siyasi rəhbərliyinin yolverilməz bəyanatları və Azərbaycana qarşı genişmiqyaslı təxribatları ötən il genişmiqyaslı müharibəyə gətirib çıxarıb.
Məqalədə hadisələrə qərəzli yanaşmalara da toxunulub.
Müəllif vurğulayıb ki, Qarabağ münaqişəsi ilə bağlı faktların təhrif edilməsinin səbəbi informasiya selində Cənubi Qafqazla illərdir peşəkarcasına məşğul olan analitiklərin səsinin Yaxın Şərq üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən boğulmasıdır.
“Bu bölgə haqqında formalaşdırılmış stereotiplər, hər iki xalq üçün ağrılı nəticələr doğurmuş qarşıdurmanın dərk olunmasına yardım etmir. Ən pisi isə odur ki, bu, gələcək dialoqun qurulmasında münaqişə tərəflərini dəstəkləmir”,- deyə müəllif əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:24 / 15.01.2021
Qarabağ müharibəsi Polşa mediasında - Münaqişəyə dini don geyindirilməsi əsassızdır - VİDEO
Hazırda oxunan: Qarabağ müharibəsi Polşa mediasında - Münaqişəyə dini don geyindirilməsi əsassızdır - VİDEO
Hazırda oxunan: Qarabağ müharibəsi Polşa mediasında - Münaqişəyə dini don geyindirilməsi əsassızdır - VİDEO
8621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.