“Əli Həsənov dövlətin gənclər siyasətini darmadağın etdi” – Ramin Hacılı

Hazırda oxunan: “Əli Həsənov dövlətin gənclər siyasətini darmadağın etdi” – Ramin Hacılı

8612

“Əli Həsənov 2013-2018-ci illərdə gənclər sektoruna böyük ziyan vurub. Çünki bu sahəni özü nəzarətində saxlayırdı. Gənclər siyasətinin nə vəziyyətə düşməsi, gənclər təşkilatlarının necə darmadağın olması gözlər önündədir. Əli Həsənov bu sahəni iflic vəziyyətinə saldığı üçün, bu təşkilatlar hələ də öz fəaliyyətlərini bərpa edə bilmir''.

''Çünki Əli Həsənov vəzifədə olduğu müddətdə gənclərə, bütün savadlı, aktiv insanlara qarşı “səlib yürüşü” təşkil edib, onları sındırıb sıradan çıxarıb''.

Bu fikirləri ictimaii fəal Ramin Hacılı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs olunması münasibət bildirərkən deyib. 

Onun fikrincə, mətbuatı iflic vəziyyətinə qoyanlardan biri də elə Vüqar Səfərli olub. İctimai fəal bildirib ki, Vüqar Səfərlinin aqibəti tezliklə, Əli Həsənovu da gözləyir:
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun şirkətləri ləğv edildi - RƏSMİ

Vüqar Səfərlinin həbsi ilə bağlı Əli Həsənov istintaqa cəlb olunubmu? – RƏSMİ AÇIQLAMA

Həbs edilən Vüqar Səfərlini 12 il cəza gözləyir – Vəkildən açıqlama


“Əli Həsənov səhhətini bəhanə edib, xaricdə gizlənir. Elə düşünür ki, bununla ona rəhm olunacaq və həbs olunmayacaq. Vaxtilə Əli Həsənov çox insanlara qarşı “tədbirlər” görüb, onları həbs etdirərək, həyatlarını məhv etdirib. O, səhhətində problem olan insanların dövlət tərəfindən əfv olunduğunun şahidi olduğu üçün, özü də bu yola əl ataraq, dövləti aldatmaq istəyir''.

''Təsəvvür edin, 3 il ərzində Əli Həsənovun sağ qolu Vüqar Səfərli 6 milyon dollar məbləğində dövlət əmlakını mənimsəyib. Heç kəsə sirr deyil ki, onun özü illərlə hakimiyyətdə qaldığı müddətdə V. Səfərlidən də 10 qat artıq yeyintiyə yol verib. Əi Həsənov dövlət büdcəsini talayıb''.

R.Hacılı Vüqar Səfərlinin Əli Həsənovun icazəsi olmadan bir addım belə ata bilmədiyini deyib. O, Səfərlinin mənimsədiyi pulların çoxunun Həsənovun cibinə axdığını da vurğulayıb. 

“Vüqar Səfərli Əli Həsənovun dəstəsində olan bir adam idi. Ona görə o, Ə.Həsənovun icazəsi və razılığı olmadan özbaşına bu qədər yeyintiyə yol verə bilməzdi. Bu qədər böyük məbləğin mənimsənilməsi razılıqsız olmayıb. Gün kimi aydındır ki, Vüqar Səfərli bunu Əli Həsənovun “xeyir-duası” ilə edib. Bu pulların böyük hissəsi Əli Həsənovun cibinə axırdı. Demək olar ki, hər kəsin bu mafiya strukturunun necə çalışdığı haqqında məlumatı var. Elə Vüqar Səfərli işə bu prinsiplərlə qəbul edilmişdi”.

İctimai fəal Əli Həsənovun ona qarşı etdiyi təzyiqlərdən də danışıb:

''Əli Həsənov mənə, o cümlədən bir çox vətənpərvər insanlara, (siyasi fəallara, jurnalistlərə və.s) obyektiv mediaya qarşı hər zaman hücum təşkil edib. Məni  də bir- neçə dəfə ələ almağa cəhd etdi, lakin alınmadı. Bu zaman o, mənə güclü təzyiqlər etməyə başladı. Buna görə də siyasətdən uzaqlaşdım. Ondan sonra biznes sahəsinə keçdim ki, bəlkə burada məni rahat buraxar''.

''Lakin bu, belə olmadı, o, bu sahədə də mənə müxtəlif təzyiqlər edirdi. Sonda Həsənov xüsusi xidmət orqanlarına tapşırıqlar verərək, mənim biznes fəaliyyətimi məhv etməyi bacardı. Bu, çoxlarına tanış gələn mövzudur. Çünki Əli Həsənov çoxunun başına belə oyunlar açıb''.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin