''Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar''.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyev Şuşada olarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
''Siçan kimi oturublar, dillərini qoyublar qarınlarına'' - Prezident
''Ermənistanın xunta rejimi ilə əlbir olub məscidi guya təmir ediblər'' - Prezident
İlham Əliyev: "Ağdam məscidinin əsaslı təmirinə başlanıldı"
Dövlət başçısı büstlərin ermənilərdən pul qarşılığında alındığını söyləyib.
''O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun.
Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq.
Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.
Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!''
Bizim.Media
"Ermənilər bu heykəlləri bizə pulla satıblar..." - Prezident İlham Əliyev tarixi faktlardan danışıb. pic.twitter.com/A3fW6W0QjO
— Azərbaycan TV (@aztvresmi) January 15, 2021