Əli Əsədov pandemiyadan sonra ilk rəsmi səfərini bu ölkəyə edəcək

Hazırda oxunan: Əli Əsədov pandemiyadan sonra ilk rəsmi səfərini bu ölkəyə edəcək

8592

Azərbaycanın Baş naziri Əli Əsədov yaxın zamanda Türkiyəyə səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O bildirib ki, Baş nazir Əli Əsədov pandemiyadan sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

“Prezident İlham Əliyev demişdi ki, savaşda bizə dəstək olan qardaş ölkələr də quruculuq işlərinə cəlb olunacaq.

Türkiyə şirkətləri bərpa layihələrinin həyata keçirilməsində ilk yerdə olacaqlar. Nazirlər Kabineti tikinti, inşaat sektoru ilə bağlı yeni qərar hazırlayıb. Bu daha çox Azərbaycana gələn Türkiyə şirkətlərinə əlverişli şərait yaradacaq.

Bu qərar həm də Azərbaycanda olan şirkətlərə əlverişli şərait yaradacaq”, - deyə İ. Məmmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Prezidentinin 6 noyabr tarixli müvafiq sərəncamına əsasən, iki ay müddətində yaradılan İşçi qrupları erməni təxribatı nəticəsində dəymiş ziyanı qiymətləndirib, amma buna baxmayaraq, yenə də vətəndaşlar tərəfindən müraciətlər daxil olur.

İ. Məmmədov onu da qeyd edib ki, ötən gün Baş nazirin imzaladığı sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi quruculuq işləri ilə bağlı müvafiq şirkətlərə sifarişlər verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin