Azərbaycanın “İslam səkkizliyi”nə MÜRACİƏTİ: Quruma üzv olmaq ölkəmizə nə verəcək?

Hazırda oxunan: Azərbaycanın “İslam səkkizliyi”nə MÜRACİƏTİ: Quruma üzv olmaq ölkəmizə nə verəcək?

85906

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib ki, Azərbaycan D-8 ("İslam səkkizliyi") təşkilatına üzv olmaq üçün müraciət edib.

Bu təşkilata üzvlük Azərbaycana nə vercək?

Məsələni Bizim.Media-ya şərh edən siyasi şərhçi Vüqar Zifəroğlunun fikrincə, D-8-də təmsil olunmağımız Azərbaycana ən azından iqtisadi baxımdan əlavə imkan və perspektivlər vəd edir:
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu: “Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün müraciət edib” - VİDEO 


“D-8 təşkilatında 8 İslam ölkəsi təmsil olunur. Banqladeş, İran, İndoneziya, Malaziya, Nigeriya, Misir, Türkiyə və Pakistan. Təşkilat əsasən iqtisadı əməkdaşlığı ön plana çəkir. Müxtəlif sahələrdə maraqlı iqtisadi əməkdaşlıq formatı quran bir təşkilatdır.

Bu mənada kifayət qədər ciddi iqtisadi layihələrə imza atan Azərbaycanın da ora qoşulması müxtəlif iqtisadi layihələrdə həmin 8-liklə əməkdaşlıq imkanlarımızın genişləndirilməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycan burada olmaqla təşkilat formatında bir sıra layihələri də gerçəkləşdirə bilər”.

Ekspert Türkiyə və Pakistan kimi müttəfiqlərimizin təmsil olunduğu təşkilatda Azərbaycanın da olmasını uğurlu addım kimi dəyərləndirdi:  

“Hər iki ölkə Azərbaycanla strateji müttəfiq ölkələrdir. Təşkilatın özü də Türkiyənin təşəbbüsü ilə yaranıb. İran isə qonşu ölkədir. Yəni ayrı-ayrılıqda orada təmsil olunan dövlətlərlə iki tərəfli münasibətlərimiz var. Burada təmsil olunan iqtisadi potensialı və əhalinin sayı baxımından kifayət qədər böyük dövlətlərlə əlaqə qurmağımız ölkəmiz üçün olduqca əhəmiyyətli olar. Azərbaycanın orada təmsil olunması ölkəmiz üçün bir sözlə, müsbət addım olardı”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin