“Qələbə yolu ilə gedirik. Bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək doğurdan da böyük qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz, baxın necə gözəl mənzərədir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Cıdır düzündə - FOTOLAR
Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı - FOTO
İham Əliyev Şuşada: Bu gün və 39 il əvvəl - FOTO
Dövlət başçısı Azərbaycan Ordusunun Şuşanı azad edərkən çətin coğrafi relyefdən keçdiyini xüsusi vurğulayıb:
“Hərbiçilərimiz piyada bu yolu gediblər, piyada qalxıblar bu ərazidən. Bütün bu ərazi bax belədir, dərə-təpə. Dağlar görsənir. Bu yol istifadəyə veriləndən sonra bu yoldan keçən bizim vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu qəhrəmanlıq göstərib. Bu yerərdən keçərək Şuşaya yaxınlaşıb, Şuşanı işğalçılardan azad edib. Bax bu dağları biz indi ağır texnika ilə yarmışıq, bu yolu açmaq üçün”.
Bizim.Media