Amerikalı general Bakıya niyə gəlib? – Səfərin məqsədi haqqında ekspertdən DETALLAR

Hazırda oxunan: Amerikalı general Bakıya niyə gəlib? – Səfərin məqsədi haqqında ekspertdən DETALLAR

85722

“ABŞ-la Azərbaycanın əlaqəsi hərbi qurumların əməkdaşlıq formatının qalması fonunda yalnız və yalnız qeyri-praktik sahələrə yönələcək”. 

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərini şərh edərkən deyib: 

“İmzalanmış razılaşmalar əsasında ABŞ-ın yüksək rütbəli hərbçiləri davamlı olaraq Azərbaycana müəyyən səfərlər edir.

Maykl Uikmanın səfəri də ABŞ-la Azərbaycan arasında əməkdaşlıq layihəsi çərçivəsində olan səfərlərdən biridir. ABŞ regional baxımdan Rusiya və Türkiyə kimi daha çox hərbi-texniki əməkdaşlıqda olan ölkələrlə əlaqələri qırmamaq və əməkdaşlığın humanitar və digər istiqamətlərini saxlamaq məqsədilə müəyəyn tədbirlər keçirir. Hesab edirəm ki, bu da həmin tədbirlər çərçivəsində keçirilən görüşlərdən biridir”. 

Həmsöhbətimiz qeyd edir ki, hazırda Bakı ilə Vaşinqton arasında hərbi-texniki sahədə Rusiya, Türkiyə və Pakistanla müqayisədə seçkin əməkdaşlıq yoxdur: 

“Belə olan təqdirdə, ABŞ-la Azərbaycanın əlaqəsi hərbi qurumların əməkdaşlıq formatının qalması ilə yanaşı, yalnız və yalnız qeyri-praktik sahələrə yönələcək. Amerikanın Əfqanıstan missiyası bitdiyindən, hesab edirəm ki, əməliyyat nöqteyi-nəzərdən ABŞ üçün Azərbaycanın əhəmiyyəti həmin ölkə ilə bağlı məsələdə yüksək deyil. ABŞ Rusiyan və İranın regiondakı təhdid və təzyiq siyasəti və Türkiyənin məsələyə qısqanclıqla yanaşa biləcəyi fonunda birbaşa Azərbaycanla hərbi sahədə əməkdaşlığa elə də ciddi meyl etmir. Amma kiçik formatda əlaqələrin saxlanılmasında maraqlıdır. Bu da əlaqələrin tam olaraq itməməsilə bağlı məsələdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin