Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq

Hazırda oxunan: Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq

85296

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü iki əsas təşəbbüsdən biri Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması idi. 

Bizim.Media xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə deyib. 

O bildirib ki, 2021-ci ili oktyabrında təsis olunan Gənclər Şəbəkəsinin bu gün Bakıda ilk sammiti keçirilir:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir


“5 gün ərzində davam edəcək sammitdə 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edir. Biz sammit çərçivəsində ilk dəfə Azərbaycanda Qoşulmama Hərəkatının simulyasiya iclasını keçirəcəyik, tədbir çərçivəsində bir çox mövzular müzakirə olunacaq.

Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu sammit çərçivəsində ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi istiqamətində addımlar atılacaq, qərarlar veriləcək”. 

Apa.az-ın məlumatına görə, o deyib ki, sammitin son günü iştirakçıların Şuşaya səfəri baş tutacaq və sammit boyu müzakirə olunan qərarlar Şuşada qəbul olunacaq:
“Ümid edirik ki, Şuşada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini Gənclər Təşkilatına çevirəcək qərar qəbul edəcəyik. Və inanırıq ki, Şuşada əsası qoyulacaq bu təşkilat qlobal arenada vacib təşkilata çevriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin