BMT Baş Assambleyasının Prezidentindən Azərbaycana təşəkkür

Hazırda oxunan: BMT Baş Assambleyasının Prezidentindən Azərbaycana təşəkkür

85284

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını təqdir edirəm. Gəlin gənclər platformasını gücləndirək, hamı üçün inkluziv və layiqli həyat üçün zəmin yaradaq. 

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimində iştirakçılara ünvanladığı çıxışında BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib. 

O, sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. 

Trend.az-ın məlumatına görə, gənclərin qlobal dayanıqlılığın inkişafına töhvə verdiyini diqqətə çatdıran A.Şahid postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyi bildirib.
O əlavə edib ki, Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin