ICESCO-nun Baş direktoru “ASAN xidmət”də oldu - FOTO

Hazırda oxunan: ICESCO-nun Baş direktoru “ASAN xidmət”də oldu - FOTO

8491

14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Həmçinin, ICESCO-nun Baş direktoru ölkəmizin elektron hökumət və rəqəmsallaşma sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha çox irəliləyiş əldə etdiyini qeyd edib və müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

''Qarabağın dağıdılması bəşəriyyət əleyhinə cinayətdir'' - ICESCO-nun Baş direktoru


Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Bundan başqa vurğulanıb ki,” ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaq, həmçinin “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

Eyni zamanda görüş zamanı 25 oktyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramı və bu Proqram əsasında təsis olunan qabaqcıl idarəetmə üzrə “ICESCO-nun ASAN mükafatı” barədə geniş müzakirələr aparılıb.

“ICESCO-nun ASAN mükafatı”nın ICESCO-ya üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunması nəzərdə tutulur.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq “ASAN xidmət”in onda böyük təəssürat yaratdığını və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsindəki bu qabaqcıl modelinin ICESCO-ya üzv ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıb.

Həmçinin, ICESCO-nun Baş direktoru ölkəmizin elektron hökumət və rəqəmsallaşma sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha çox irəliləyiş əldə etdiyini qeyd edib və müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin