“Bu gün dünyada şəbəkələşmə sürətlə inkişaf edir. Artıq informasiya siyasəti iki yerə bölünüb: klassik və texnologiyaların bizə yaratdığı yeni informasiya məkanı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa şəhərində keçirilən media formunda “Yeni media jurnalistikasına keçid, konvergensiya və yeni imkanlar” panelində çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Şuşada Beynəlxalq Media Forum keçirilir - FOTO
Qusman yeni media məkanı kimi teleqram kanallarının rolunu xüsusi qeyd edib:
“Təkcə Rusiyada 30 minə yaxın rəsmi teleqram kanalı var. Bu, bir tərəfdən baxanda müsbət faktor kimi qəbul edilə bilər. Lakin digər tərəfdən də bu kanalların müəyyən təhlükələri var. Ona görə ki, teleqram kanallarında saxta xəbərlərin yayılması, eləcə də insanların xarici ölkələrin saxta çağırışlarına inandırılması kimi təhlükələri mövcuddur”.
Bizim.Media