Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Raza Pərviz ƏşrƏf "Baykar" şirkəti ilə tanış olublar.
Bu barədə Bizim.Media-ya “Baykar Savunma” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova Mustafa Şentopla görüşdü - YENİLƏNİB/FOTO
Bildirilib ki, Türkiyə, Azərbaycan və Pakistan “Üçlü Assambleyası Başçılarının İkinci Toplantısı” üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdəmir Bayraqdar Milli Texnologiya Mərkəzini ziyarət ediblər.
Səfər çərçivəsində Assambleyanın sədrləri "Baykar" tərəfindən milli və xüsusi olaraq hazırlanmış S/PUA-lar haqqında məlumat alıblar.
Ziyarətin şərəfinə spikerlərə "Bayraktar AKINCI TİHA" modeli təqdim olunub.
Bizim.Media