Xamenei Zəngəzur dəhlizindən niyə narahatdır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Xamenei Zəngəzur dəhlizindən niyə narahatdır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

84744

Son günlərdə regionumuzda, xüsusilə də, İran-Azərbaycan münasibətlərində diplomatik fəallıq müşahidə olunmaqdadır. Prosesə gərginlik elementlərini daxil edən olay isə iyulun 19-da yaşandı. Belə ki, İranın ali dini lideri Ayətullah Xamenei tvitində İran-Ermənistan sərhədlərini blok etmək cəhdlərinə ölkəsinin qarşı çıxacağını açıqlayıb. Bununla da İran dini lideri Zəngəzur dəhlizinə qarşı ölkəsinin mövqeyini növbəti dəfə nümayiş etdirib.

Elə həmin gün İranda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirak edəcəyi açıqlanıb.

İyulun 20-də İsrailin ölkəmizdəki səfiri Corc Dikin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi Təbriz nağıllarını oxuduğunu əks etdirən paylaşımına İranın ölkəmizdəki səfiri Abbas Musəvi “Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” şəklində cavab verib.

Bəs, bütün bu gərginliyin səbəbi nədir?

Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov baş verənləri gərginlikdən daha çox, siyasi fəallıq kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

İranda Xameneiyə qarşı şüarlar SƏSLƏNDİRİLDİ 


“Bəllidir ki, Rusiya-Qərb qarşıdurması baş verir. Rusiya özünə qarşı yönələn sanksiyaları neytrallaşdırmaq üçün digər istiqamətlərə yönəlmək istəyir. İlk növbədə cənub istiqaməti daha perspektivli marşrut kimi görünür. Cənub dedikdə, Türkiyə, İran, Hindistan, Fars körfəzi ölkələri və s. nəzərdə tutulur. Bu əlaqəni yaratmaq üçün isə dəmir yolu xüsusi önəm kəsb edir. Bunu nəzərə aldıqda, başa düşürük ki, Zəngəzur dəhlizi indiki mərhələdə bu əlaqənin yaradılması üçün ən vacib nöqtədir”.

Zəngəzur keçən dəmir yolu xəttinin Culfada İran dəmir yolları ilə tarixi bağlantısı var.

Digər tərəfdən, Naxçıvandan çıxıb, Ermənistan ərazisindən kiçik bir məsafə qət etdikdən sonra bu xəttin Türkiyə dəmir yolları ilə bağlantısı var. Bunları nəzərə alaraq, anlamalıyıq ki, Rusiyadan başqa, Azərbaycan, Türkiyə, İran maraqlıdır və gələcəkdə bir sıra ölkələr də bu yolda maraqlı olacaq”.

Keçmiş nazir Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələrin kimliyinə də aydınlıq gətirib:

“Buna qarşı çıxanlar da var. Biz görürük ki, İranda bəzi dairələr buna qarşı çıxır. Eyni zamanda Qərbdə də bu bağlantıya qarşı çıxılmasıyla bağlı elementləri mövcuddur. Ermənistanda da bəzi qüvvələr bundan ehtiyat edib, Zəngəzur dəhlizinə qarşı çıxırlar. Belə bir siyasi mühitdən hansı nəticələrin hasil olacağını isə zaman göstərəcək”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin