Pakistan və Azərbaycan arasında İslamabadda Fəlakətlərin İdarə Edilməsi üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bizim.Media "DND" agentliyinə istinadən xəbər verir ki, sənədi xarici işlər nazirləri Şah Mahmud Qureyşi və Ceyhun Bayramov imzalayıblar.
MÖVZU İLƏ BAĞLI:
Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi?
Razılaşmaya əsasən, Pakistan və Azərbaycan fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında bir-birilərinə kömək edəcəklər.
Bundan əvvəl isə tərəflər Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinin bütün spektri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Bizim.Media