Erməni deputatın Bakıya gəlmək ARZUSU – Asim Mollazadə “ünvanı səhv salıb” deyir

Hazırda oxunan: Erməni deputatın Bakıya gəlmək ARZUSU – Asim Mollazadə “ünvanı səhv salıb” deyir

84471

Erməni mətbautı yazır ki, deputat Hayk Mamicaniyan Bakıya gəlmək istəyir. "Mənim qürurum var” fraksiyasının rəhbəri olan Mamicanyan arzusunu reallaşdırmaq üçün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət etmək fikrindədir.

O, jurnalistələr açıqlamasında qeyd edib ki, müraciətin mətni də artıq hazırdır:  

"Azərbaycan Milli Məclisinin sədrinə rəsmi müraciət ünvanlayıb, Azərbaycanda həbsdə olan soydaşlarımızı (erməni terrorçular-red.) görmək, onların sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olmaq üçün səfər təşkil etməyi xahiş edəcəm. Mən məktubla və səfərimlə bağlı MDB, Avropa Şurası və Avropa Parlament Assambleyalarının prezidentlərini, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini də məlumatlandıracağam”.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanın səbri tükənə bilər” – Deputatdan ermənilərin təklifinə CAVAB


Erməni deputatının bu istəyinə Milli Məclisin deputatı Asim Mollazadə münasibət bildirib. O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Mamicanyana Qızıl Aypara (Xac) Cəmiyyətinə müraciət etməyi tövsiyyə edir:

“Fikrimcə, bunun üçün ən yaxşı variant Qızıl Aypara təşkilatı ilə əlaqə saxlamaqdır. Ona bunu tövsiyyə edərdim. Bu qurum Azərbaycanda olan erməni vətəndaşlarının vəziyyətilə bağlı mütəmadi olaraq maraqlanır və görüşlər keçirirlər. Məhz bu qurum ona istədiyi suala cavab istiqamətində hərtərəfli məlumat verə bilər”. 

A.Mollazadə erməni deputatın özünün Azərbaycanda hansısa inspeksiya keçirməsinə isə ehtiyac görmür: 

“Mamicanyan kimiləri hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyilə bağlı məlumatla gəlsəydi, bu gəlişin bir anlamı olardı”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin