“Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən Azərbaycana çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyini tamamilə əsassız hesab edirik” – İlham Əliyev
Azərbaycan prezidenti qeyd edib ki, onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görməyiblər, əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur:
“Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər”.
Bizim.Media