Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclasının tarixi bəlli oldu

Hazırda oxunan: Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclasının tarixi bəlli oldu

84298

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib. 

Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək. 

Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib. 

“Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir”, - AK Prezidenti deyib. 

Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin