Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar partiyalar hazırlıqlara başlayıb. Hansı partiyalar seçkilərdə təmsil olunmaq istəyir?
ANS TV-nin məlumatına görə, seçkiyə hazırlığın artıq ilkin mərhələsini yekunlaşdıran Yeni Azərbaycan Partiyası seçici siyahısını tam dəqiqləşdirib.
“Hazırda rayon və şəhər üzrə şeçki qərargahlarının yaradılması prosesi gedir. Hər bir rayonda partiyanın yerli seçki qərargahları fəaliyyəti göstərəcək. Bununla bağlı artıq qərargah üzvlərinin siyahısı hazırlanır. Bu ay ərzində həm yerli seçki qərargahları yaradılacaq, həm də seçki qərargahlarında fəaliyyət göstərəcək şəxslər üçün treninqlər keçiriləcəkdir”x9d, ”“ deyə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Müsavat Partiyası isə hazırda seçkidə iştirak edəcək namizədlərin təkliflərini qəbul edir.
“Bu ay Müsavat Partiyası məclisinin növbəti sesiyası keçiriləcək. Orda seçkilərlə bağlı məsələlər ciddi bir şəkildə müzakirə olunacaq. Müsavat Partiyasının seçki qabağı vəziyyətə dair mövqeyi də məclisin yekun açıqlamasında öz əksini tapacaqdır”x9d, - deyə Müsavat Partiyası başqanının müavini Elman Fəttah qeyd edib.
70 namizədlə parlament seçkilərində mübarizə aparacaq. Ümid Partiyası seçki hazırlıqlarının sonuncu mərhələsindədir.
“Ümid Partiyası müstəqil namizədlərin iştirakı ilə formalaşan 125-lər Siyasi Klubu və ənənəvi müttəfiqimiz olan Azərbaycan Demokrat Partiyası ilə birgə seçkilərdə iştirak etməyi planlaşdırdığı üçün 70 namizədlə parlament seçkilərində mübarizə aparacaq. Bu kifayət qədər böyük bir rəqəmdir. Biz bu namizədlərin hər birinin qələbəsi uğrunda mübarizə aparmağı düşünürük”x9d, ”“ deyə Ümid Partiyasının seçki qərargahının sədri Taleh Əliyev vurğulayıb.
Mərkəzi Seçki Komissiyası isə bütün seçici siyahıları ilə bağlı işləri yekunlaşdırıb. Yəni seçicilər öz adlarını siyahıda olub-olmadığını elektron qaydada dəqiqləşdirə bilərlər.
“Növbəti mərhələ aşağı seçki komissiyaların seçkilərə texniki hazırlığı ilə bağlıdır. Belə ki, Mərkəzi Seçki Komissiyası ilin əvvəlində müvafiq planlar əsasında lazımi addımlar atmışdır. Nəticədə aşağı seçki komissiyaların iş şəraitinin öyrənilmiş, monitorinqlər həyata keçirilmişdir. Eyni zamanda təkmilləşdirməyə ehtiyac duyulan məsələlərlə bağlı müəyyən addımlar atılmışdır. Bu addımlar həm komissiyaların maddi-texniki təchizatı, həm də onları iş şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olub”x9d ”“ deyə MSK katibliyinin müdiri Rövzət Qasımov bəyan edib.
Parlament seçkiləri bu ilin noyabrında keçiriləcək.






























































































