“Gürcüstanın Azərbaycan-Ermənistan dialoqunun ev sahibliyi etməsi çox mühümdür” - XİN rəhbəri 

Hazırda oxunan: “Gürcüstanın Azərbaycan-Ermənistan dialoqunun ev sahibliyi etməsi çox mühümdür” - XİN rəhbəri 

83973

“Bu gün Gürcüstanda xüsusi bir gündür, Tbilisi bizim iki qonşumuz arasında başlayan mühüm dialoqa ev sahibliyi edir”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu prosesin xüsusi əhəmiyyəti var, çünki birgə səylər nəticəsində region üçün sülhü və təhlükəsizliyi əldə etmək istəyirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib


“Həmkarlarıma etimadlarına görə xüsusi təşəkkürümü bildirmək istəyirəm, həmçinin onların hakimiyyətimizə qarşı etimadları da çox mühümdür. Bununla yanaşı, qeyd olunan dialoqun Gürcüstanda, Tbilisidə aparılması çox mühümdür. Tbilisi daima əsirlər ərzində mühüm qərarların qəbul olunduğu bir yer olub və məhz bu dialoq da bunun əhəmiyyətli davamıdır”. 

Report.az-ın məlumatına görə, XİN rəhbəri qeyd edib ki, iki dövlət arasında dialoq Gürcüstanın Baş naziri tərəfindən təxmini olaraq bir il əvvəl başladılıb və onun səyləri əsasında iki qonşu dövlət - Ermənistan və Azərbaycan respublikaları arasında əlverişli nəticə ilə sonlanıb:

“Bu proses Gürcüstan Baş nazirinin BMT-nin tribunasından səsləndirdiyi sülh təşəbbüsü ilə başladı və bu prosesin bu gün də Gürcüstanda onlar üçün əhəmiyyətli olan məsələlər üzərində davam etməsi çox ağlabatandır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin