İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Ölkə Başçısı ölkənin ictimai-siyasi və sosial-iatisadi həyatında son 6 ayda əldə edilən uğurlardan danışıb. Və perspektiv üçün bir sıra vacib mesajlar verib.
Bunlar hansılardır?
1. Azərbaycan dünyada sülhüm bərqərar olması üçün bütün imkanlarını səfərbər edib. Bu məqsədlə Qoşulmama hərəkatında fəallığını artırır.
2. Azərbaycan dünyada davam edən iqtisadi-sosial böhran fonunda digər kasıb dövlətlərə öz yardımlarını əsirgəmiyəcək. Bu ilin 6 ayında 80 ölkəyə humanitar yardım göndərilib.
3. Azərbaycan islam ölkələri ilə əlaqələrin dərinləşməsində çox maraqlıdır.
MÖVZU İLƏ BAĞLI:
“Rusiyanın söz verdiyi məsələ öz həllini tapmayıb” - İlham Əliyev Qarabağda yeni əməliyyatın anonsunu verdi - VİDEO
4. Azərbaycan türk dünyasının yaxınlaşması ideyasına sadiqdir və bunun üçün əlindən gələni edir. Bunun əyani göstəricisi prezident İlham Əliyevin ötən 6 ayda Türkiyəyə, Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Türkmənistana səfərləridir.
5. Azərbaycan Avropanın bir parçasıdır. Ona görə də Aİ ilə əməkdaşlığın güclənməsində maraqlıdır.
6. Azərbaycan Xəzər dənizinin sülh və inkişaf bölgəsi olmasında çox istəklidir. Bunun üçün Xəzəryanı ölkələrlə müzakirələrə və təkliflərə hər zaman açıqdır.
7. Ermənistan Cənubi Qafqazda davaml sülhə təhlükədir.
8. Qarabağ statusu gündəmə gəlsə, Azərbaycan Qərbi Zəngəzurun status məsələsini masaya qoyacaq.
9. Azərbaycanda taxıl qıtlığı olmayacaq.
10. Şəhid ailələrinə və qazilərə qayğı Azərbaycan höküməti üçün prioritetlərdəndir.
Surxay Atakişiyev, Bizim.Media